122 mm-lik Д-30 (Д-30А) tipli haubitsa aşağıdakı döyüş tapşırıqlarının yerinə yetiril-məsi üçün nəzərdə tutulub:
- düşmənin artilleriya, minaatan və digər atəş vasitələrini məhv etmək və susdurmaq;
- düşmənin açıq və sığınacaqlarda yerləşən canlı qüvvəsini məhv etmək və susdurmaq;
- mühəndis maneələrində keçidlərin açmaq;
- səhra tipli və uzunmüddətli mühəndis qurğularını dağıtmaq;
- tank, özühərəkətedən artilleriya qurğuları və digər növ zirehli hədəflər ilə mübarizə aparmaq.
Haubitsadan atəş aparmaq üçün ayrı doldurma üsullu tam və dəyişən atımlı qəlpəli-fuqaslı, kumulyativ, işıqlandırıcı və tüstüburaxan mərmili atəş yığımlarından istifadə olunur.
Haubitsadan atəş – düzünə atış üsulu ilə və bağlı atış mövqeyindən aparıla bilər.
Atəş zamanı haubitsanın hədəfə tuşlanması ОП4М-45 tipli düzünə tuşlama nişangahı, Д726-45 tipli mexaniki nişangah və ПГ-1M tipli top panoraması vasitəsilə yerinə yetirilir.
Haubitsa müxtəlif növ artilleriya dartıcıları ilə yedəklənir.