“Dəmir yumruq” əməliyyatı

27 SENTYABR 2020 - 10 NOYABR 2020

Qarabağ Azərbaycandır!

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə qalxmışdır.


Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.


44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndləri, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bu torpaqlar Azərbaycan xalqının igid oğullarının, bizim əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qaytarıldı.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın Tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbəni vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.


Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.


Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.



Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hərbi əməliyyatlar

Müharibənin başlanması

27 sentyabr saat 07.30-da düşmənə qarşılıqlı-cavab atəş zərbəsi endirildi. Qarşılıqlı-cavab atəş zərbəsində raket-artilleriya qoşunları ilə yanaşı, aviasiya da tətbiq edildi. Uzaqmənzilli raket və artilleriya sistemləri düşmən müdafiəsinin dərinliyində hərbi obyekt və cəmləşmə rayonlarındakı qoşunlara zərbələr endirdi. Əməliyyatın 1-ci gününün sonuna Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri düşmən işğalından azad edildi.

Azərbaycanın artilleriya bölmələri və PUA vasitələri qarşılıqlı fəaliyyətdə yeni aşkar olunan hədəflərə zərbələr endirdi

28 sentyabr səhərdən etibarən əks-hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Qoşunlar əməliyyatın 2-ci gününün sonuna hakim yüksəklikləri ələ keçirdi. Əməliyyatın gedişatında düşmən üzərində hava və atəş üstünlüyü saxlanıldı, artilleriya bölmələri və PUA vasitələri qarşılıqlı fəaliyyətdə yeni aşkar olunan hədəflərə zərbələr endirdi.

Döyüşlər nəticəsində düşmən ağır itkilər verdi

29 sentyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Hücum edən bölmələr düşmənin güclü müqavimətinə rast gəldi, döyüşlər nəticəsində düşmən ağır itkilər verdi, bir neçə döyüş mövqeyi ələ keçirildi və əlverişli hədlərdə möhkəmlənildi.

Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı

30 sentyabr və 1 oktyabr ərzində hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. 

Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri düşmən işğalından azad edildi

2 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 6-cı gününün sonuna Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri düşmən işğalından azad edildi.

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar, Şəybəy, Quycaq, Aşağı Maralyan kəndləri və Tərtər rayonunun Talış kəndi düşmən işğalından azad edildi

3 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 7-ci gününün sonuna Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar, Şəybəy, Quycaq, Aşağı Maralyan kəndləri və Tərtər rayonunun Talış kəndi düşmən işğalından azad edildi.

Düşmənin əməliyyat ehtiyatlarına zərər vuruldu

4 oktyabr səhərdən qoşunlarımız düşmənin əməliyyat ehtiyatlarının əks-zərbələrini dəf edərək ona itkilər verdi, əməliyyat və taktiki cəhətdən əlverişli hədd və rayonları əldə möhkəm saxladı. Əməliyyatın 8-ci gününün sonuna qoşunlarımız düşmən müdafiəsinin dərinliyində strateji əhəmiyyətə malik hədləri ələ keçirdi, Cəbrayıl şəhəri, Cəbrayıl rayonunun Karxulu, Yuxarı Maralyan, Cəfərabad, Horovlu, Daşkəsən, Mahmudlu, Şükürbəyli, Çərəkən, Dəcəl kəndləri; Tərtər rayonunun Suqovuşan kəndi düşmən işğalından azad edildi.

Cəbrayıl rayonunun Şıxəliağalı, Sarıcalı kəndləri düşmən işğalından azad edildi

5 oktyabr səhərdən hücum edən qoşunlar düşmənin ayrı-ayrı istiqamətlərdə endirdiyi əks-həmlələri dəf etdi və hücumu dərinliyə inkişaf etdirdi. Düşmənin müdafiə qovşaqları məhv edildi, sürətlə irəliləyən qoşunlar düşmənin geriçəkilmə yollarını kəsdi. Əməliyyatın 9-cu gününün sonuna düşmənin əsas müdafiə zolağının yarılması başa çatdırıldı, Cəbrayıl rayonunun Şıxəliağalı, Sarıcalı kəndləri düşmən işğalından azad edildi.  

Cəbrayıl rayonunun Məzrə kəndi düşmən işğalından azad edildi

6 oktyabr səhərdən qoşunlar hücumlarını təyin olunmuş istiqamətlərdə düşmən müdafiəsinin dərinliyinə davam etdirdi, düşmənin geri çəkilən qüvvələrinin dərinlikdə müdafiəyə keçməsinin, hakim yüksəklik və hədlərdə möhkəmlənmə cəhdlərinin qarşısını alaraq onları təqib etdi.  Əməliyyatın 10-cu gününün sonuna Cəbrayıl rayonunun Məzrə kəndi düşmən işğalından azad edildi.

Xocavənd rayonunun Qoçbəyli, Sur kəndləri; Cəbrayıl rayonunun Əfəndilər, Qışlaq, Süleymanlı, Qaracalı kəndləri düşmən işğalından azad edildi

7-8 oktyabr ərzində hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 12-ci gününün sonuna Xocavənd rayonunun Qoçbəyli, Sur kəndləri; Cəbrayıl rayonunun Əfəndilər, Qışlaq, Süleymanlı, Qaracalı kəndləri düşmən işğalından azad edildi.  

Xocavənd rayonunun Təkə kəndi, Hadrut qəsəbəsi; Füzuli rayonunun Görzallı, Qarakollu, Yuxarı Güzlək kəndləri düşmən işğalından azad edildi

9 oktyabr səhərdən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 13-cü gününün sonuna Xocavənd rayonunun Təkə kəndi, Hadrut qəsəbəsi; Füzuli rayonunun Görzallı, Qarakollu, Yuxarı Güzlək kəndləri düşmən işğalından azad edildi.

Xocavənd rayonunun Kemrakuç, Tağaser, Qaradağlı, Məlikcanlı, Bulutan kəndləri; Füzuli rayonunun Xatınbulaq kəndi düşmən işğalından azad edildi

10-12 oktyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında Xocavənd rayonunun Kemrakuç, Tağaser, Qaradağlı, Məlikcanlı, Bulutan kəndləri; Füzuli rayonunun Xatınbulaq kəndi düşmən işğalından azad edildi.

Cəbrayıl rayonunun Doşulu kəndi; Xocavənd rayonunun Edişə, Xırmancıq, Ağbulaq, Axullu, Çıraquz, Edilli, Düdükçü kəndləri; Füzuli rayonunun Çimən, Xələfşə, Arış, Qoçəhmədli kəndləri düşmən işğalından azad edildi

13 oktyabr səhərdən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 17-ci gününün sonuna Cəbrayıl rayonunun Doşulu kəndi; Xocavənd rayonunun Edişə, Xırmancıq, Ağbulaq, Axullu, Çıraquz, Edilli, Düdükçü kəndləri; Füzuli rayonunun Çimən, Xələfşə, Arış, Qoçəhmədli kəndləri düşmən işğalından azad edildi.

Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı

14 oktyabr səhərdən etibarən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. 

Füzuli rayonunun İşıqlı, Dədəli, Pirəhmədli, Musabəyli kəndləri düşmən işğalından azad edildi

15 oktyabr səhərdən etibarən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 19-cu gününün sonuna Füzuli rayonunun İşıqlı, Dədəli, Pirəhmədli, Musabəyli kəndləri düşmən işğalından azad edildi.

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Alikeyxalı, Maşanlı, Həsənli kəndləri düşmən işğalından azad edildi

16-17 oktyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında Füzuli şəhəri; Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Alikeyxalı, Maşanlı, Həsənli kəndləri düşmən işğalından azad edildi.

Cəbrayıl rayonunun Qumlaq qəsəbəsi, Göyərçin Veysəlli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı, Niyazqulular, Hacılı, Keçəl Məmmədli, Xudafərin kəndləri tamamilə işğaldan azad edildi

18 oktyabr qoşunlarımızın hücum sürətinin artırılmasına və əlverişli vəziyyətin inkişafına nail olundu. Əməliyyatın 22-ci gününün sonuna Cəbrayıl rayonunun Qumlaq qəsəbəsi, Göyərçin Veysəlli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı, Niyazqulular, Hacılı, Keçəl Məmmədli, Xudafərin kəndləri tamamilə işğaldan azad edildi.

Cəbrayıl rayonunun Qumlaq yaşayış məntəqəsi düşməndən azad edildi

19 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı.  Əməliyyatın 23-cü gününün sonuna Cəbrayıl rayonunun Qumlaq yaşayış məntəqəsi düşməndən azad edildi.

Zəngilan şəhəri düşmən işğalından azad edildi

20 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 24-cü gününün sonuna Zəngilan şəhəri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri; Füzuli rayonunun Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Dördçinar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Çinarlı (Vəng), Günəşli (Noraşen) kəndləri; Cəbrayıl rayonunun Ağtəpə, Daşveysəlli, İmambağı, Fuğanlı, Həsənqaydı, Safarşa, Yarəhmədli kəndləri düşmən işğalından azad edildi.

Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının bir neçə kəndləri düşmən işğalından azad edildi

21 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 25-ci gününün sonuna Zəngilan rayonunun Mincivan qəsəbəsi, Turabad, İçəri Müşlan, Cahangirbəyli, Baharlı, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Bələnd kəndləri; Füzuli rayonunun Zərgər, Gecəgözlü, Aşağı Seyidəhmədli kəndləri; Cəbrayıl rayonunun Tinli, Tulus, Papı kəndləri düşmən işğalından azad edildi.

Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının bir neçə kəndləri düşmən işğalından azad edildi

22 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 26-cı gününün sonuna Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kollu Qışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri; Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Tatar, Dərzili kəndləri; Füzuli rayonunun Yuxarı Rəfiddinli, Aşağı Rəfiddinli, Mollavəli kəndləri düşmən işğalından azad edildi.

Zəngilan, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndləri düşmən işğalından azad edildi

23 oktyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 27-ci gününün sonuna Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli kəndləri; Cəbrayıl rayonunun Xələfli qəsəbəsi, Dağtumas, Nüsüs, Minbaşılı, Veysəlli kəndləri; Qubadlı rayonunun Muğanlı, Zilanlı, Kürd Mahrızlı, Alaqurşaq kəndləri; Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndləri düşmən işğalından azad edildi.

Qubadlı şəhəri düşmən işğalından azad edildi

24-26 oktyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında Qubadlı şəhəri, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Molla Bürhan kəndləri; Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri düşmən işğalından azad edildi.

Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının bir neçə kəndləri düşmən işğalından azad edildi

27-28 oktyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında  Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı kəndləri; Cəbrayıl rayonunun Qarazəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri; Qubadlı rayonunun Qiyaslı, Ədilcə, Qılıcan kəndləri; Füzuli rayonunun Mandılı kəndi düşmən işğalından azad edildi.

Zəngilan rayonunun Aladin, Vecnəli  kəndləri; Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Xubyarlı, Şahvələdli kəndləri; Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri düşmən işğalından azad edildi

29-31 oktyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında Zəngilan rayonunun Aladin, Vecnəli kəndləri; Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Xubyarlı, Şahvələdli kəndləri; Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri düşmən işğalından azad edildi.

Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri; Cəbrayıl rayonunun Çarpand, Hacı İsaqlı, Qoşabulaq kəndləri; Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri düşmən işğalından azad edildi

1-3 noyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Döyüş fəaliyyətlərinin gedişatında Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri; Cəbrayıl rayonunun Çarpand, Hacı İsaqlı, Qoşabulaq kəndləri; Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri düşmən işğalından azad edildi.

Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri; Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri; Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri düşmən işğalından azad edildi

4 noyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Əməliyyatın 39-cu gününün sonuna Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri; Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri; Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri düşmən işğalından azad edildi.

Xankəndi və Şuşa ətrafında müdafiə olunan düşmən qüvvələrinə itkilər verildi

5-6 noyabr hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Döyüş fəaliyyətlərinin gedişatında düşmənin əsas qruplaşmalarının darmadağın edilməsi başa çatdırıldı. Düşmən müdafiəsinin dərinliyində strateji əhəmiyyətə malik rayon və hədlər ələ keçirildi, Xankəndi və Şuşa ətrafında müdafiə olunan düşmən qüvvələrinə uzaqmənzilli artilleriya və aviasiya ilə zərbələr endirərək onlara itkilər verildi. Laçın, Xankəndi yolunu atəş və aviasiya zərbələri altında saxlayaraq Xankəndi ətrafına yeni qüvvələrin gətirilməsinin qarşısı alındı.

Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının bir neçə kəndləri düşmən işğalından azad edildi

7 noyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 42-ci gününün sonuna Zəngilan rayonunun Beşdəli kəndi; Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri; Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarxac kəndləri; Xocalı rayonunun Qarabulaq, Moşxmat kəndləri; Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri; Qubadlı rayonunun Qəzyan, Bala-soltanlı, Mərdanlı kəndləri düşmən işğalından azad edildi.

Şuşa şəhəri düşmən işğalından azad edildi

8 noyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 43-cü gününün sonuna Şuşa şəhəri və Daşaltı kəndi düşmən işğalından azad edildi.

Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi

9 noyabr səhərdən etibarən hücum edən qoşunlar təyin olunmuş istiqamətlərdə hücumu davam etdirdi. Düşmən üzərində atəş və hava üstünlüyü saxlanıldı. Əməliyyatın 44-cü gününün sonuna Füzuli rayonunun Qobu Dilağarda, Yar Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Hacılı, Hüseynbəyli, Saracıq, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı kəndləri; Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Mollahəsənli, Əsgər-xanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Qalacıq kəndləri; Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri; Xocavənd rayonunun Susanlıq, Domı, Tuğ, Akaku, Azıx, Meçtaqlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri; Zəngilan rayonunun Bartaz qəsəbəsi, Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli, Bartaz kəndləri; Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Boyunəgər, Qaraqoyunlu, Cərəli kəndləri; Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndləri, düşmən işğalından azad edildi.  Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi; Füzuli şəhəri və rayonun 53 kəndi; Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, 52 kəndi; Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi; Tərtər rayonunun 3 kəndi; Qubadlı şəhəri və rayonun 41 kəndi; Xocalı rayonunun 9 kəndi; Şuşa şəhəri; Laçın rayonunun 3 kəndi; həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad olundu.

Qarabağda döyüşlər dayandırıldı. Üçtərəfli razılaşma əsasında Ağdam rayonu 20 noyabrda, Kəlbəcər rayonu 25 noyabrda, Laçın rayonu 1 dekabrda Azərbaycana qaytarıldı

10 noyabrdan etibarən Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, Qarabağda döyüşlər dayandırıldı və atəşkəs barədə razılığa gəlindi. Üçtərəfli razılaşma əsasında Ağdam rayonu 20 noyabrda, Kəlbəcər rayonu 25 noyabrda, Laçın rayonu 1 dekabrda Azərbaycana qaytarıldı.