23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir.