9K33M avtonom qoşun zenit-raket kompleksi «OSA–AK» təyyarələrə, vertolyotlara, qanadlı raketlərə, PUA-lara və digər hava hədəflərinə qarşı mobil atəş vasitəsidir.

9K33M avtonom qoşun zenit-raket kompleksi yüksək manevr, kifayət qədər döyüş qüvvəsi, maneələrə qarşı müdafiə, məhvetmə zonasının geniş intervalında böyük ehtimalla hava hədəflərini məhv etmə imkanlarına malikdir. 9K33M zenit-raket kompleksi hərəkətdə və dayanacaqda hava hədəflərinin aşkar olunmasını və tanınmasını təmin edir.

Əsas xüsusiyyətləri:

9K33M zenit-raket kompleksi hərəkətdə və dayanacaqda hava hədəflərinin aşkar olunmasını və tanınmasını təmin edir.

dayanacaqda və ya qısa müddətli dayanmalarda bir və ya iki raketlə hədəflərin atəşə tutulmasını həyata keçirir.

kompleksin avtonom və mobillliyi, aparatura və raketlərin yüksək keçid qabiliyyəti olan üzən təkərli şassidə yerləşməsi ilə təmin olunur.