7,62 mm-lik СВД tipli snayper tüfəngi snayperin fərdi silahı olaraq müxtəlif növ görünən, hərəkət edən, açıq və maskalanmış tək hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Snayper tüfəngindən atəş aparmaq üçün 7,62x54R mm-lik adi (ЛПС), izburaxan      (Т-46М), zirehdələn-yandırıcı (Б-32) və snayper (CH) gülləli tüfəng patronlarından istifadə olunur.

Snayper tüfəngindən atəş tək-tək atışlarla aparılır.

Atış zamanı patronlar tutumu 10 patron olan qutuvari maqazindən ötürülür.

Snayper tüfənginin hədəfə tuşlanması ПСО-1М2 tipli optik nişangahla, nişangah sıradan çıxdığı halda isə mexaniki nişangahla yerinə yetirilir.

Snayper tüfənginin effektiv atış məsafəsi 800 m təşkil edir.

Pulsar Apex XD75 tipli termal nişangah gecə və gündüz mürəkkəb hava şəraitində (duman, tüstü, yağış), həmçinin hədəfin aşkar edilməsini çətinləşdirən maneələr (ağacların budaqları və s.) olduğu şəraitdə istifadə üçün nəzərdə tutulub. Nişangah müxtəlif növ orta və iri çaplı ov silahlarında istifadə oluna bilər.