PSO-1M2 tipli optik nişangah 7,62 mm-lik СВД tipli snayper tüfənginin əsas nişangahıdır. Optik nişangah snayper tüfəngini kiçikölçülü və azmüddətli görünən hədəflərə dəqiq tuşlamaq üçün nəzərdə tutulub.

Optik nişangah açıq hava şəraitində havanın “mənfi” 50º-dən “müsbət” 50º-yə qədər temperaturunda və 93-97% nisbi rütübətliyində işləyir.

Torun işıqlandırma sistemi 1,5V gərginliyində AA tipli batareya ilə qidalanır.