9 mm-lik tipli PM tapança fərdi hücum və müdafiə silahı olaraq düşmənin canlı qüvvəsinə qısa məsafələrdə zərər vurmaq üçün nəzərdə tutulub.

Tapançanın effektiv atış məsafəsi 50 m-dir. Güllə 350 m-ə qədər məsafədə məhvetmə qabiliyyətini saxlayır.

Tapançadan atəş tək-tək atışlarla aparılır.

Tapançadan atəş aparmaq üçün 9x18 mm-lik adi (Пст) gülləli tapança patronlarından istifadə olunur. Atış zamanı patronlar lülənin patron yuvasına tutumu 8 patron olan maqazin-dən ötürülür.

Tapançanın avtomatik iş prinsipi, sərbəst çaxmağın təpmə enerjisinin istifadə olunmasına əsaslanmışdır.