120 mm-lik M74 (M75) tipli minaatan mina ilə asma trayektoriyalı atış aparan topdur.
Minaatan:
- açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək, məftil maneələri dağıtmaq və atəş vasi-tələrini susdurmaq;
- mühəndis maneələrində keçidlər yaratmaq;
- qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yaratmaq, ərazini işıqlandırmaq üçün nəzərdə tutulub.
Atəş zamanı minaatanın hədəfə tuşlanması NSB-4B tipli nişangah qurğusu vasitəsilə yerinə yetirilir.
Minaatandan atəş aparmaq üçün 120 mm-lik M62P3 tipli qəlpəli-fuqaslı, tüstüburaxan və işıqlandırıcı minalı atəş yığımlarından istifadə olunur.
NSB-4B tipli nişangah qurğusu 120 mm-lik M74 və M75 tipli minaatanları hədəfə tuşlamaq üçün nəzərdə tutulub.