12,7 mm-lik «КОРД» tipli iriçaplı pulemyot düşmənin 2000 m-ə qədər məsafələrdə yerləşən yüngül zirehli hədəfləri, nəqliyyat vasitələri və qrup şəklində olan canlı qüvvəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Pulemyot 1500 m-ə qədər maili məsafələrdə aşağıdan uçan hava hədəfləri ilə mübarizə aparmaq üçün istifadə oluna bilər.

Pulemyot müxtəlif variantlarda (piyada, döyüş maşınlarında, gəmilərdə və s.) istifadə oluna bilər. Pulemyotu piyada variantında istifadə etdikdə, atəş ikiayaqdan aparılır. Atəş mövqeyini dəyişmə zamanı, pulemyotun daşınması iki heyət üzvü tərəfindən yerinə yetirlir.

Pulemyot müxtəlif sıxlığa malik olan səthlərdən uzanaraq və ya ayaq üstə səngərdən, oturаraq və dizüstü atəş vəziyyətlərindən, xüsusi hazırlanmış səngər, yarımsəngər və ya atəş üçün əlverişli mövqelərdən atış aparmağa imkan verir.

Pulemyotdan atəş aparmaq üçün 12,7x108 mm-lik zirehdələn-yandırıcı (Б-32), zireh-dələn-yandırıcı-izburaxan (БЗТ-44 və ya БЗТ-44М) gülləli patronlardan istifadə olunur.

Pulemyotdan atəş 2 – 3 atışa qədər olan qısa qatarlarla aparlır. Atış zamanı pulemyotun lüləsi hava ilə soyudulur və 100 atışa qədər fasiləsiz atışın aparılmasını təmin edir. Pulemyotun hədəfə tuşlanması СПП tipli optik nişangahla, nişangah sıradan çıxdığı halda isə mexaniki nişangahla yerinə yetirilir.

Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 50 patron olan patron qutusuna yığılmış metal lent vasitəsilə ötürülür.

Pulemyot müxtəlif iqlim şəraitində havanın 95±3% nisbi rütübətliliyində, ətraf mühitin ±50°C işçi temperaturunda istismar oluna bilər.

PO5-10x40/B tipli optik nişangah «Корд» tipli iri çaplı pulemyotun əsas nişangahıdır. Optik nişangah «Корд» tipli iri çaplı pulemyotdan gündüz və alatoranlıqda (torun işıqlan-ndırma sistemi qoşulmmuş vəziyyətdə) 2200 m-ə qədər məsafəyə dəqiq atəş aparmaq üçün nəzərdə tutulub.

Optik nişangah açıq hava şəraitində havanın “mənfi” 50º-dən “müsbət” 50º-yə qədər temperaturunda və 93-97% nisbi rütübətliyində işləyir.

Torun işıqlandırma sistemi 1,5V gərginliyində AA tipli batareya ilə qidalanır.