9 mm-lik AC «Val» tipli xüsusi avtomat fərdi silahı olaraq canlı qüvvəni məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Lülənin konstruksiyasına inteqrasiya edilmiş səsboğucu və atış üçün sürəti azaldılmış gülləli patronların tətbiq edilməsi avtomatdan səssiz atışın aparılmasını təmin edir.

Avtomatdan atəş aparmaq üçün 9x39 mm-lik adi (SP-5) və zirehdələn (SP-6, PAB-9 və 7N12) gülləli patronlardan istifadə olunur.

Avtomatdan avtomatik və ya tək-tək və atəş aparılır.

Atış zamanı patronlar tutumu 20 patron olan qutuvari maqazindən ötürülür.

Avtomatın hədəfə tuşlanması PSO-1M2-1 tipli optik və ya 1PN93-1 tipli gecə nişangahı, nişangah sıradan çıxdığı halda isə mexaniki nişangahla yerinə yetirilir.

PSO-1M2-1 tipli optik nişangah 7,62 mm-lik SVD tipli snayper tüfənginin əsas nişangahıdır. Optik nişangah snayper tüfəngini kiçikölçülü və azmüddətli görünən hədəflərə dəqiq tuşlamaq üçün nəzərdə tutulub.

Optik nişangah açıq hava şəraitində havanın “mənfi” 50º-dən “müsbət” 50º-yə qədər temperaturunda və 93-97% nisbi rütübətliyində işləyir.

Torun işıqlandırma sistemi 1,5V gərginliyində AA tipli batareya ilə qidalanır.