Yarımavtomatik idarəetmə sisteminə malik 9K111 “Faqot” tipli daşınan tank əleyhinə raket kompleksi 70 m-dən 2000 m-ə qədər və 75 m-dən 2500 m-ə qədər (tətbiq olunan raketdən asılı olaraq) məsafələrdə vizual müşahidə olunan hərəkət etməyən və müxtəlf kurs bucaqları altında saatda 60 km-ə qədər sürətlə hərəkət edən tank və digər zirehli kiçik ölçülü hədəflərə zərər vurmaq nəzərdə tutulub.

9K111 tipli daşınan tank əleyhinə raket kompleksi – 9M111 (9M111-2, 9M111M) tipli tank əleyhinə idarə olunan raketdən, 9П135М (9П135М-1) tipli buraxma qurğusundan və 9C469M tipli işıq maneələri indikatorundan ibarətdir.

Daşınan kompleksin heyəti üç nəfərdən ibarətdir: heyətin bir nömrəli üzvü – heyətin komandiri (baş operator), ikinci və üçüncü heyət üzvləri – operatorlar. Bir nömrəli heyət üzvü – 1№-li palanı, ikinci və üçüncü nömrəli heyət üzvləri isə 2№-li palanları daşıyır.

9П135М (9П135М-1) tipli buraxma qurğusu 9M111, 9M111-2 və 9M111M  tipli raketləri hədəfə tuşlamaq, buraxmaq və uçuşu zamanı idarə etmək üçün nəzərdə tutulub.

9C469 (9C469M) tipli işıq maneələri indikatoru operatoru 9Ш119 (9Ш119М1) vizirin görmə sahəsində aktiv işıq maneələrinin olması haqqında xəbərdar etmək üçün nəzərdə tutulub.

Döyüş maşınlarında (БМП-2, БМД-2 və 9П148) quraşdırılan kompleksdən atəş aparmaq üçün əlavə olaraq 9M113 (9M113M) tipli tank əleyhinə idarə olunan raketdən istifadə olunur.

“Faqot” tipli tank əleyhinə raket kompleksinin tərkibində tətbiq olunan termal nişangah gecə və məhdud görmə şaraitində hədəfi aşkarlamaq, təyin etmək və kompleksdən atəş aparmaq üçün nəzərdə tutulub.