73 mm-lik CПГ-9ДМН tipli tank əleyhinə dəzgahlı qumbaraatan düşmənin tank, özühərəkət-edən artilleriya qurğuları və digər zirehli döyüş vasitələri (PDM, ZTR və s.) ilə mübarizə aparmaq, canlı qüvvəsini və atəş vasitələrini məhv etmək üçün nəzərdə tutulub

Qumbaraatandan kumulyativ və qəlpəli qumbaralarla atəş aparılır.

Qumbaraatandan zirehli hədəflərə atəş aparmaq üçün ПГ-9В, ПГ-9ВС və ПГ-9ВС1 tipli aktiv-reaktiv qumbaralı atəş yığımlarından, canlı qüvvəyə və atəş vasitələrinə isə ОГ-9В və ОГ-9ВМ tipli qəlpəli qumbaralı aktiv atəş yığımlarından istifadə olunur.

Bundan başqa, kumulyativ qumbaradan düşmənin səhra tipli sığınacaqlarda və tikililərdə yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək üçün istifadə etməl olar.

Atəş zamanı qumbaraatanın hədəfə tuşlanması ПГОK-9 tipli optik və mexaniki nişangahlar vasitəsilə yerinə yetirilir.

ПГOK-9 tipli optik qumbaraatan nişangahı 73 mm-lik СПГ-9М (СПГ-9МH, СПГ-9ДМ,   СПГ-9ДМН) tipli tank əleyhinə dəzgahlı qumbaraatanın və onun modifikasiyalarının əsas nişangahıdır. Optik nişangah dəzgahlı qumbaraatanı müxtəlif məsafələrdə yerləşən hədəflərə düzünə və ayrı tuşlama üsulları ilə atəş aparma zamanı tuşlamaq üçün nəzərdə tutulub.

Bundan başqa, optik nişangah döyüş meydanını müşahidə etmək, üfüqi və şaquli müstəvilərdə bucaqları ölçmək, hədəfin ölçüləri məlum olduğu halda hədəfə qədər olan məsafəni müəyyən etmək və atəşə düzəliş vermək üçün istifadə olunur.

ПГOK-9 tipli optik nişangah bir-biri ilə birləçdirilmiş iki nişangahdan ibarətdir: düzünə və ayrı tuşlama nişangahlarından.