5,45 mm-lik РПК74 tipli Kalaşnikov əl pulemyotu atıcı manqanın silahı olaraq düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Qısa şərti adlarının axırında “H” hərfi olan РПК74Н tipli əl pulemyotunun lülə qutusu-nun sol divarında yerləşən kronşteyn müxtəlif növ optik nişangahların (gecə və gündüz) bərkidilməsi üçün nəzərdə tutulub.

Əl pulemyotundan atış aparmaq üçün 5,45x39 mm-lik adi (ПС və ПП) və izburaxan (T) gülləli patronlardan istifadə olunur.

Əl pulemyotundan avtomatik və ya tək-tək atəş aparılır. Avtomatik atəş əsas atış növü sayılır və qısa (5 atışa qədər), uzun (15 atışa qədər) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.

 Atış zamanı patronlar tutumu 45 patron olan qutuvari (sektorlu) maqazindən ötürülür.

Əl pulemyotundan nişangah atış məsafəsi 1000 m təşkil edir. Əl pulemyotundan yerüstü hədəflərə ən təsirli atəş 600 m-ə qədər məsafədə, təyyarələrə, helikopterlərə və paraşütçülərə ən təsirli atəş 500 m-ə qədər məsafədə aparılır. Əl pulemyotundan yerüstü qrup hədəflərinə cəmlənmiş atəş 1000 m-ə qədər məsafədə aparılır.