PAB-2М tipli periscopik aartilleriya bussolu batareya və divizionun əsas bucaqölçmə cihazı olaraq maqnit azimutların (bussoların), ərazidə üfüqi və şaquli bucaqların ölçülməsi üçün nəzərdə tutulub. Bundan başqa bussol vasitəsilə xarici bazalı məsafəölçən üsulu ilə (xüsusi iki metrlik reyka ilə) ərazidə olan əşyalara qədər məsafələri təyin etmək olar.

Bussol havann 65%-ə qədər nisbi rütübətliliyində mənfi 40ºC-dən müsbət 50ºC temperatur diapazonunda və havann 98%-ə qədər nisbi rütübətliliyində normal temperatur (25±10)ºC) şəraitində istismar oluna bilər.

Periskopik artilleriya bussolunun tərkibinə bussol, periskop və üçayaq daxil olur.