12,7 mm-lik НСВП-12,7 tipli iriçaplı pulemyot düşmənin 2000 m-ə qədər məsafələrdə yerləşən yüngül zirehli yerüstü hədəfləri, dəniz və aşağıdan uçan hava hədəfləri, həmçinin tank əleyhinə vasitələri və qrup şəklində olan canlı qüvvəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Pulemyot müxtəlif sıxlığa malik olan səthlərdən uzanaraq və ya ayaq üstə səngərdən, oturаraq və dizüstü atəş vəziyyətlərindən, xüsusi hazırlanmış səngər, yarımsəngər və ya atəş üçün əlverişli mövqelərdən atış aparmağa imkan verir.

Pulemyota tuşlayıcıdan və köməkçidən ibarət iki nəfərli heyət qulluq edir.

Döyüş şəraitində atəş mövqeyini dəyişmə zamanı, pulemyotun daşınması heyət üzvləri tərəfindən yerinə yetirlir.

Pulemyotdan atəş aparmaq üçün 12,7x108 mm-lik zirehdələn-yandırıcı (Б-32), zireh-dələn-yandırıcı-izburaxan (БЗТ-44 və ya БЗТ-44М) gülləli patronlardan istifadə olunur.

Pulemyotdan atəş 4 – 6 atışa qədər olan qısa qatarlarla aparlır. Atış zamanı pulemyotun lüləsi hava ilə soyudulur və 100 atışa qədər fasiləsiz atışın aparılmasını təmin edir. Pulemyotun hədəfə tuşlanması СПП və ya ПО3,5x21П tipli optik nişangahla, nişangah sıradan çıxdığı halda isə mexaniki nişangahla yerinə yetirilir.

Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 50 patron olan patron qutusuna yığılmış metal lent vasitəsilə ötürülür.

Pulemyot müxtəlif iqlim şəraitində havanın 95±3% nisbi rütübətliliyində, ətraf mühitin ±50°C işçi temperaturunda istismar oluna bilər.