12,7 mm-lik M93 tipli iri çaplı snayper tüfəngi uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutulmuş kollektiv atıcı silahdır.

Snayper tüfəngi yüngül zirehli hədəflərlə (zirehli transportyor, piyadaların döyüş maşını və s.), yüngül sığınacaqlar (səhra növlü) arxasında yerləşən, qısa müddətli görünən, hərəkət edən və etməyən, açıq və maskalanmış hədəflər ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Snayper tüfəngi qeyri-avtomatik silahdır. Tüfəngin doldurulması, atəşin açılması, atəş-dən sonra gilizin çıxarılması və yeni patronun lülənin patron yuvasına ötürülməsi atıcı tərəfindən çaxmaq mexanizmini əl qüvvəsi ilə hərəkət etdirməklə yerinə yetirilir.

Snayper tüfəngindən atəş aparmaq üçün NATO standartına uyğun 12,7x99 mm-lik (.50 BMG) snayper patronlarından istifadə olunur.

Snayper tüfəngindən atəş tək-tək atışlarla aparılır.

Atış zamanı patronlar tutumu 5 patron olan qutuvari maqazindən ötürülür.

Snayper tüfənginin hədəfə tuşlanması “KONUSPRO-M30 8,5-32x52” tipli optik nişangahla, nişangah sıradan çıxdığı halda isə mexaniki nişangahla yerinə yetirilir.

Snayper tüfəngi müxtəlif iqlim şəraitində havanın 95±3% nisbi rütübətliliyində, ətraf mühitin ±50°C işçi temperaturunda istismar oluna bilər.

ZRAK ON 8x56 tipli optik nişangah 12,7 mm-lik M93 tipli iri çaplı snayper tüfənginin əsas nişangahıdır. Optik nişangah snayper tüfəngini kiçikölçülü və azmüddətli görünən hədəflərə dəqiq tuşlamaq üçün nəzərdə tutulub.