7,62 mm-lik M84  tipli pulemyot canlı qüvvəni məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Serbiya Respublikasının “Zastava Arms” şirkətinin istehsalı olan M84 tipli pulemyot 7,62 mm-lik ПКМ tipli Kalaşnikov pulemyotunun analoqudur.  

7,62 mm-lik M84 tipli pulemyotdan atəş ikiayaqdan aparılır.

Pulemyotun lülə qutusunun sol divarında yerləşən kronşteyn müxtəlif növ optik nişangahların (gecə və gündüz) bərkidilməsi üçün nəzərdə tutulub.

Pulemyotdan atəş aparmaq üçün 7,62x54R mm-lik adi (ЛПС), izburaxan (Т-46М), zirehdələn-yandırıcı (Б-32) və yandırıcı-hədəfgöstərici (ПЗ) gülləli tüfəng patronlarından istifadə olunur.

Pulemyotdan atəş qısa (10 atışa qədər), uzun (30 atışa qədər) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.

Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan patron qutusuna yığılmış metal lent vasitəsilə ötürülür.

Pulemyotdan yerüstü və hava hədəflərinə ən təsirli atəş 1000 m-ə qədər məsafədə aparılır. Pulemyotun nişangah atış məsafəsi 1500 m təşkil edir.