82 mm-lik M69 tipli minaatan mina ilə asma trayektoriyalı atış aparan topdur.

Minaatan:
- açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə  yerləşən canlı qüvvəni məhv etmək, məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq;
- mühəndis maneələrində keçidlər yaratmaq;
- qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yaratmaq, ərazini işıqlandırmaq üçün nəzərdə tutulub.

Atəş zamanı minaatanın hədəfə tuşlanması NSB-3 tipli nişangah qurğusu vasitəsilə yerinə yetirilir.

Minaatandan atəş aparmaq üçün 82 mm-lik M74 (M68P1) tipli qəlpəli, tüstüburaxan və işıqlandırıcı minalı atəş yığımlarından istifadə olunur.

NSB-3 tipli nişangah qurğusu 60 mm-lik M57 və 82 mm-ilik M69A tipli minaatanları hədəfə tuşlamaq üçün nəzərdə tutulub.