60 mm-lik M57 tipli minaatan mina ilə asma trayektoriyalı atış aparan topdur.

Minaatan - açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək, məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq, qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yaratmaq, ərazini işıqlandırmaq üçün nəzərdə tutulub.

Atəş zamanı minaatanın hədəfə tuşlanması NSB-1 və ya NSB-3 tipli nişangah qurğusu vasitəsilə yerinə yetirilir.

Minaatandan atəş aparmaq üçün 60 mm-lik M73 tipli qəlpəli, M73P2 tipli tüstüburaxan və M67 tipli işıqlandırıcı minalı atəş yığımlarından istifadə olunur.

NSB-3 tipli nişangah qurğusu 60 mm-lik M57 və 82 mm-ilik M69A tipli minaatanları hədəfə tuşlamaq üçün nəzərdə tutulub.