LPR-1 (ЛПР-1) tipli lazer kəşfiyyat cihazı aşağıdakı tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub:
- yerüstü hədəflərin, yerüstü və hava partlayışlarının koordinatlarını təyin etmək;
- hədəflərin qütb koordinatlarını təyin etmək və onları düzbucaqlı koordinatlara çevirmək;
- yerli əşyaları və hədəfləri müşahidə etmək;
- orientirin məlum koordinatlarına görə cihazın koordinatlarını təyin etmək.
Cihaz ətraf mühitin mənfi 40ºC-dən müsbət 50ºC temperaturunda və havann 98%-ə qədər nisbi rütübətliliyində ±35ºC temperatur şəraitində istismar oluna bilər.
Kəşfiyyat cihazının tərkibinə lazer məsafəölçəni, bucaqölçmə qurğusu və üçayaq daxil olur.