«Kornet-EM» tipli daşınan tank əleyhinə raket kompleksi dinamik müdafiə sistemi ilə təchiz edilmiş müasir və perspektiv tanklar və digər növ yüngül zirehli hədəflər, mühəndis qurğuları və aşağıdan uçan hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Termal nişangahla təchiz olunmuş yarımavtomatik lazer şüalı idarəetmə sisteminə malik kompleks – gecə və gündüz, mürəkkəb hava, radioelektron, optik və infraqırmızı maneələr tətbiq olunduğu şəraitdə effektiv istifadə oluna bilər.

«Kornet-EM» tipli daşınan tank əleyhinə raket kompleksi – 9P163М (9P163М-2) tipli buraxma qurğusundan, 1PN79М-1 tipli termal nişangahdan və 9M133-1 (9M133F-1) tipli idarə olunan raketlərdən ibarətdir.

Daşınan kompleksin heyəti iki və ya üç nəfərdən ibarət olur.

9P163М (9P163М-2) tipli buraxma qurğusu 9M133-1 və 9M133F-1 tipli raketləri hədəfə tuşlamaq, buraxmaq və uçuşu zamanı idarə etmək üçün nəzərdə tutulub.