9K38 İqla (rus: Игла) Rusiya / Sovet istehsalı yer-hava tipi, daşına bilən zenit-raket kompleksi.

Bu zenit-raket kompleksi düşmənin alçaqdan uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur. ABŞ tərəfindən SA-18 adlandırılır. İlk variantı 9K310 İqla-1 və ya SA-16 Gimlet adlanır, 1983-cü ildə Sovet ordusunun silahlanmasına qəbul olunub.

Ən son variantı isə 9K388 İqla-S və ya SA-24 Grinch adlanır. Ən müasir versiya olan İqla-S 

Rusiya ordusu tərəfindən 2004-cü ildən etibarən istifadə olunur, həmçinin Azərbaycan ordusunun da silahlanmasında yer alır.

1974-cü ildə SSRİ-nin silahlanmasına daxil edilən "Strela-3" ZRK-dan fərqli olaraq İqla üzərində quraşdırılan mürəkkəb istilik ölçən başlığı hədəfdən yayılan infraqırmızı diapazon dalğaların sayəsində onu dəqiqliklə məhv edir.