30 mm-lik dəzgahlı avtomatik qumbaraatan АГС-17 düşmənin sığınacaqlardan kənarda, açıq səngərlərdə və ərazidəki təbii sığınacaqlarda (yarğanlarda, təpələrin arxa tərəflərində) yerləşən canlı qüvvəsinə və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Qumbaraatandan atəş – ВОГ-17 və ВОГ-17М tipli qəlpəli qumbaralı atəş yığımları ilə aparılır.

Qumbaraatandan asma və düzünə trayektoriyalı atəş üsulu ilə, qısa (5 atışa qədər), uzun (10 atışa qədər) qatarla və fasiləsiz atəş aparılır.

Qumbaraatanın zərbə-tətik mexanizmində olan hidravlik tənzimləyici, iki – minimal və maksimal atış tezliyi ilə atəşin aparılmasını təmin edir. Minimal atış tezliyi dəqiqədə 50 – 100 atış, maksimal atış tezliyi isə dəqiqədə 350 – 400 atış təşkil edir.

Atəş zamanı atəş yığımları qumbaraatanın qəbuledicisinə, tutumu 29 atəş yığımı olan patron qutusuna yığılan metal lent vasitəsi ilə ötürülür.

Qumbaraatanın lüləsi hava ilə soyudulur və 300 atışa qədər fasiləsiz atəşin aparıl-masını təmin edir.

Qumbaraatanın nişangah atış məsafəsi 1700 m-dir. Qumbaranın məhvedici qəlpələ-rinin tam məhvetmə radiusu 7 m təşkil edir.

PAQ-17 tipli optik qumbaraatan nişangahı 30 mm-lik АГС-17 tipli dəzghahlı avtomatik qumbaraatanın əsas nişangahıdır. Optik nişangah dəzgahlı qumbaraatanı müxtəlif məsafələrdə yerləşən hədəflərə düzünə və ayrı tuşlama üsulları ilə atəş aparma zamanı tuşlamaq üçün nəzərdə tutulub.