Yarımavtomatik idarəetmə sisteminə malik 9K115 tipli daşınan tank əleyhinə raket kompleksi 40 m-dən 1000 m-ə qədər məsafələrdə vizual müşahidə olunan hərəkət etməyən və müxtəlf kurs bucaqları altında saatda 60 km-ə qədər sürətlə hərəkət edən zirehli hədəflərə hədəflərə zərər vurmaq nəzərdə tutulub.

Bundan başqa 9K115 tipli kompleks atəş nöqtələrinə və digər kiçik ölçülü hədəflərə effektiv atəş aparmağa imkan verir.

9K115 tipli daşınan tank əleyhinə raket kompleksi – 9M115 tipli tank əleyhinə idarə olunan raketdən və 9П151 tipli buraxma qurğusundan ibarətdir.

Daşınan kompleksin heyəti iki nəfərdən ibarətdir: heyətin komandiri (birinci nömrə) – baş operator və operator (ikinci nömrə). Bir nömrəli heyət üzvü – 1№-li palanı, ikinci nömrəli heyət üzvüi isə 2№-li palanı daşıyır.

9П151 tipli buraxma qurğusu 9M115 tipli raketi hədəfə tuşlamaq, buraxmaq və uçuşu zamanı idarə etmək üçün nəzərdə tutulub.