”Toçka –U” – taktiki raket kompleksi kiçik ölçülü kritik hədəfləri məhv etmək üçün təyin olunub.

“Toçka –U” operativ-taktiki raketlər təmas xəttindən aralıda yerləşən obyektlərə, komanda məntəqələrinə, qoşunların cəmləşdiyi nöqtələrə, anbarlara və aerodromlara dəqiq zərbə endirmək üçün vasitədir. Bu raketlərdən, habelə hədəfə nüvə və ya  kimyəvi başlığı da çatdırmaq üçün istifadə etmək mümkündür.

Qəlpəli-fuqas döyüş başlığının çəkisi 480 kiloqramdır. Raket, habelə döyüş elementlərindən (bombacıqlardan) ibarət kasetli döyüş başlıq ilə də təchiz edilə bilər. Bu cür döyüş başlıqlarından tank və eniş-qalxış zolağı əleyhinə istifadə olunur. Bundan əlavə, raket gücü 10 kilotondan 60 kilotona qədər olan AA-60 taktiki nüvə başlığını da hədəfə çatdıra bilir.

Kompleksin tərkibi:

- Qəlpəli və qəlpəli-fuqaslı başlıqlı raketlər

- Özüyeriyən buraxma qurğusu

- Nəqliyyat doldurma avtomobili

- Nəqliyyat vasitəsi

- Avtomatlaşdırılmış idarəetmə və sınaq avtomobili

- Texniki xidmət avtomobili

- Arsenal avadanlığı dəsti

- Tədris vəsaitləri