9K58 “Smerç”– reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. “Smerç” sistemi yüksək keçidli yük maşınının üzərində yerləşdirilmiş 300 mm çaplı 12 yönləndiricidən ibarətdir. Sistem bütün raketləri 38 saniyəyə ata bilir.

Sistemin tərkibi:

- Döyüş maşını 9А52-2

- Nəqliyyat doldurma avtomobili

- Atəşin avtomatik idarəetmə kompleksi

- Xüsusi arsenal avadanlığı dəsti

- Təlim-tədris vəsaitləri

- Topoqafik çəkiliş avtomobili

- Metereoloji radiopelenqasiya kompleksi

- 300 mm-lik müxtəlif başlıqlı reaktiv mərmilər (9M55F, 9M27K, 9M27K1, 9M27K4, 9M55K5, 9M55S daxil olmaqla)

1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. 9A52M Smerç-M-də müxtəlif başlıqlı reaktiv mərmilər (9M528, 9M525, 9M526, 9M527, 9M529, 9M530, 9M531, 9M534 daxil olmaqla) istifadə edilir.

 

Qeyd: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə baxış zamanı və əlavə araşdırma nəticəsində Tərtər rayonunun Ələsgərli kəndində tapılmış raket mühərrik hissəsinin "Smerç" yaylım atəşli reaktiv sistemindən atılmış raketə aid olduğu müəyyən edilib.