100 mm-lik KC-19 tipli zenit topu hava hədəflərinə atəş aparmaq üçün nəzərdə tutulub. Topun quruluşu yerüstü hədəflərə də atəş apamağa imkan verir.

Hava hədəflərinə atəş apardıqda, topun tuşlanması ПУАЗО adlanan atışın idarə edilməsi sistemi ilə hesablanmış göstəricilər və ya nişangah qurğuları vasitəsilə yerinə yetirilir.

Yerüstü hədəflərə atəş apardıqda, topun tuşlanması ПО-1М1 tipli optik boru və ПГ-1 tipli top panoraması vasitəsilə yerinə yetirilir.

Hava hədəflərinə atəş aparmaq üçün mexaniki və ya məsafəli partladıcı ilə dəstləş-dirilmiş O-415 və ya O-415P tipli qəlpəli-məsafəli mərmili unitar doldurma üsullu atəş yığımından istifadə olunur.

Yerüstü hədəflərə atəş aparmaq üçün 100 mm-lik ОФ-412 tipli qəlpəli-fuqaslı, БР-412Б tipli ballistik başlıqlı zirehdələn-izburaxan və БР-412 tipli zirehdələn-izburaxan mərmili unitar doldurma üsullu atəş yığımlarından istifadə olunur.

Zenit topu AT-C tipli və ya digər növ artilleriya dartıcıları ilə yedəklənir.