İsgəndər 9K720 - Operativ-taktiki raket kompleksidir. 2005-ci ildə son sınaqları uğurla tamamlanmışdır. Dahi sərkərdə Makedoniyalı İsgəndərin şərəfinə adlandırılıb. Bu raketlərin hədəfdən dairəvi yayınma xətası 5-7 metr təşkil edir. Kompleks iki raketlə təchiz olunub və onların buraxma intervalı 1 dəqiqə təşkil edir. Raket hədəfi məhv edənə qədər komanda mərkəzindən idarə olunur. Qısa mənzilli ballistik raketlər nüvə başlığı ilə də təchiz olunur.
Ehtimal hədəfləri:
- Atəş sistemləri
- Raketdən və hava hücumundan müdafiə vasitələri
- Komanda məntəqələri və rabitə qovşaqları
- Müxtəlif infrastrukturların vacib obyektləri
- Aerodromlarda təyyarə və vertolyotlar
Kompleksin tərkibi:
- Komanda qərargah avtomobili
- Mobil məlumat hazırlama stansiyası
- Özüyeriyən buraxma qurğusu
- Nəqliyyat doldurma avtomobili
- Texniki xidmət avtomobili
- Xidməti avtomobil
- Arsenal avadanlığı dəsti və tədris vəsaitləri