152 mm-lik D-20 tipli top-haubitsa aşağıdakı döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub:

- düşmənin artilleriya, minaatan və digər atəş vasitələrini məhv etmək və susdurmaq;
- düşmənin açıq və sığınacaqlarda yerləşən canlı qüvvəsini məhv etmək və susdurmaq;
- mühəndis maneələrində və mina sahələrində keçidləri açmaq;
- səhra tipli və uzunmüddətli mühəndis qurğularını dağıtmaq;
- tank, özühərəkətedən artilleriya qurğuları və digər növ zirehli hədəflər ilə mübarizə aparmaq.

Top-haubitsadan atəş aşmaq üçün ayrı gilizli doldurma üsullu xüsusi, tam dəyişən və azaldılmış dəyişən atımlı qəlpəli-fuqaslı, kumulyativ və işıqlandırıcı mərmili atəş yığımlarından istifadə olunur.

Top-haubitsa müxtəlif növ artilleriya dartıcıları ilə yedəklənir.