152 mm-lik 1943-cü il nümunəli Д-1 tipli haubitsa aşağıdakı döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub:
- düşmənin artilleriya, minaatan və digər atəş vasitələrini məhv etmək və susdurmaq;
- düşmənin açıq və sığınacaqlarda yerləşən canlı qüvvəsini məhv etmək və susdurmaq;
- mühəndis maneələrində və mina sahələrində keçidlərin açmaq;səhra tipli və uzunmüddətli mühəndis qurğularını dağıtmaq;
- tank, özühərəkətedən artilleriya qurğuları və digər növ zirehli hədəflər ilə mübarizə aparmaq.
Haubitsadan atəş aparmaq üçün ayrı gilizli doldurma üsullu tam dəyişən və xüsusi atımlı qəlpəli-fuqaslı, kumulyativ, betondələn və işıqlandırıcı mərmili atəş yığımlarından istifadə olunur.
Atəş zamanı haubitsanın hədəfə tuşlanması mexaniki nişangah və ПГ-1 tipli top pano-raması vasitəsilə yerinə yetirilir.
Haubitsa müxtəlif növ artilleriya dartıcıları ilə yedəklənir.