82 mm-lik 2Б9 (2Б9М) «Василек» tipli avtomatik minaatan 2K21 tipli kompleksin tərkib hissəsi olaraq açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə  yerləşən canlı qüvvəni məhv etmək, məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq üçün nəzərdə tutulub.

2K21 kompleksi – 82 mm-lik 2Б9 (2Б9М) «Василек» tipli avtomatik minaatandan və 2Ф54 tipli nəqliyyat maşınından ibarətdir.

2Ф54 tipli nəqliyyat maşını – minaatanı, döyüş sursatlarını, tək EAL dəstini və minaatanın heyətini nəql etmək üçün nəzərdə tutulub.

Minaatan maşının kuzasında və yalnız atəş mövqeyini dəyişmə zamanı yedəkdə nəql olunur.

Atəş zamanı minaatanın hədəfə tuşlanması ПАМ-1 tipli optik nişangah vasitəsilə yerinə yetirilir.

Minaatandan atəş aparmaq üçün 82 mm-lik BO1 tipli qəlpəli minalı və uzaqvuran atımlı  atəş yığımından istifadə olunur. Minaatanın daşınan döyüş dəsti 226 mina təşkil edir.

Minaatanın heyəti dörd nəfərdən ibarətdir: heyət (kompleksin) komandiri, tuşlayıcı, doldurucu və daşıyıcı (2Ф54 tipli nəqliyyat maşınının sürücüsü).