152 mm-lik 2A36 tipli top aşağıdakı döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub:

- düşmənin taktiki nüvə vasitələrinin və uzaqvuran artilleriya toplarının məhv etmək və susdurmaq;

- düşmənin cəmləşmə yerlərində, dayaq məntəqələrində yerləşən, yürüşdə olan canlı qüvvəsini, atəş vasitələrini və döyüş texnikasını məhv etmək və susdurmaq.

Topdan atəş aparmaq üçün ayrı gilizli doldurma üsullu 3BОФ39 tipli tam və 3BОФ40 tipli azaldılmış dəyişən atımlı qəlpəli-fuqaslı mərmili atəş yığımlarından istifadə olunur.

Atəş zamanı topun hədəfə tuşlanması ОП4М-90 tipli düzünə tuşlama, Д726-45 tipli mexaniki nişangahlar və ПГ-1М tipli top panoraması vasitəsilə yerinə yetirilir.

Top КРАЗ-2556 markalı yük maşını və digər növ artilleriya dartıcıları ilə yedəklənir.